az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Tərtərdə

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Tərtərdə

AFFA Dərc olundu: 04.07.2021 Çap
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
 
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Tərtərdə
Bu layihə Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Tədbir Tərtərin Əskipara və Səhləbad kəndlərində keçirilib. Bu kəndlərdən ümumilikdə 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, millət vəkili Sahib Alıyev və digər rəsmi şəxslər iştirak edib.
 
Baş Sponsor 
Partnyorlar