az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Şüvəlanda (fotolar)

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Şüvəlanda (fotolar)

Kütləvilik Dərc olundu: 11.09.2021 Çap
AFFA-nın və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbəsində  “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
 
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Şüvəlanda (fotolar)
Bu layihə Prezident İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
 
Layihə çərçivəsində Xəzər rayonunun Şüvəlan qəsəbəsinin Şimal DRES yaşayış massivində keçirilmiş tədbirdə Şüvəlan və Binə qəsəbəsindən 50 məktəbli uşağa futbola marağın artırılması məqsədi ilə idman geyimləri və futbol topları verilib.
 
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və rayon ictimayyətinin nümayəndələri iştirak edib.
Xatırladaq ki, 2021-ci il ərzində qeyd olunan layihə üzrə Füzuli, Tərtər, Bərdə və Oğuz rayonunun kəndlərində tədbirlər keçirilib.
 
Baş Sponsor 
Partnyorlar