az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Zəngilanda

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Zəngilanda

Kütləvilik Dərc olundu: 24.10.2022 Çap
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, AFFA-nın və Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə işğaldan azad olmuş Zəngilan rayonunun Ağalı kəndində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
 
 
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Zəngilanda
Bu layihə Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Layihə çərçivəsində tədbirdə iştirak edən Ağalı kənd orta məktəbinin şagirdlərinə futbola marağı artırmaq məqsədi ilə pulsuz idman geyimləri və futbol topları verilib.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov, Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və Cənclər və İdman Nazirinin müavini Mariana Vasileva iştirak ediblər. Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.
 
Baş Sponsor 
Partnyorlar