az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” Tərtərdə (fotolar)

“Kəndlərdə idmanı inkişaf etdirək” Tərtərdə (fotolar)

AFFA Dərc olundu: 29.11.2022 Çap
AFFA-nın, Tərtər Rayon İcra Hakimiyyətinin və Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
 
“Kəndlərdə idmanı inkişaf etdirək” Tərtərdə (fotolar)
Bu layihə Prezident İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Tərtər Rayon İcra Hakimiyytinin başçısı Müstəqim Məmmədov, millət vəkili Sabir Hacıyev iştirak edib.
Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
 
Baş Sponsor 
Partnyorlar