AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb. Qadınlardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 8-də “Elbasan Arena”da keçiriləcək Albaniya - Şotlandiya qarşılaşmasının UEFA nümayəndəsi Könül Mehtiyeva olacaq.