az en
News / Könül Mehtiyevaya UEFA-dan təyinat

Könül Mehtiyevaya UEFA-dan təyinat

UEFA Dərc olundu: 05.08.2021 Çap
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva qadınlardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının 4-cü qrupunun oyunlarına təyinat alıb. O, avqustun 18-dən 21-dək Rusiyada keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq. Bu qrupda “Arsenal” (İngiltərə), PSV (Eyndhoven, Niderland), “Lokomotiv” (Moskva, Rusiya) və “Okjetpes” (Qazaxıstan) klubları mübarizə aparacaq.
 
Könül Mehtiyevaya UEFA-dan təyinat
Baş Sponsor 
Partnyorlar