az en
News / Könül Mehtiyevaya UEFA-dan təyinat

Könül Mehtiyevaya UEFA-dan təyinat

UEFA Dərc olundu: 04.10.2022 Çap
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunun oyunlarına təyinat alıb. O, oktyabrın 5-dən 11-dək Portuqaliyada keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq. Bu qrupda Norveç, Belçika, Portuqaliya və Malta milli komandalar mübarizə aparacaq.
 
Könül Mehtiyevaya UEFA-dan təyinat
Baş Sponsor 
Partnyorlar