az en
News / Könüllülərlə videokonfrans formatında görüş

Könüllülərlə videokonfrans formatında görüş

Könüllülər Dərc olundu: 19.06.2020 Çap
Xəbər verdiyimiz kimi, COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlara uyğun olaraq tətbiq edilən karantin müddətində AFFA tərəfindən yaşı 65-dən yuxarı olan bir neçə futbol veteranına həftədə 2 dəfə zəruri gündəlik tələbat malları ilə yardım olunub.
 
Könüllülərlə videokonfrans formatında görüş
Yardımın çatdırılması Avro-2020-nin könüllüləri vasitəsilə həyata keçirilib. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov videokonfrans vasitəsilə futbol veteranlarına yardım kampaniyasının iştirakçısı olmuş könüllülərlə ünsiyyətdə olub, fəal iştiraklarına görə AFFA rəhbərliyi adından onlara təşəkkür edib. E.Məmmədov qeyd edib ki, 2020-ci il dövlət başçısının sərəncamı ilə “Könüllülər ili” elan olunub və gənclərin bu prosesdə iştirakı, könüllü kimi AFFA-nın yardım kampaniyasına öz töhfələrini verməsi təqdirəlayiq haldır.
Yardım kampaniyasında iştirak etmiş hər bir könüllü sertifikatla təltif olunub və videkonfrans zamanı həmin sertifikatların yaxın günlərdə könüllülərin ünvanlarına çatdırılacağı bildirilib.
 
 
Baş Sponsor 
Partnyorlar