az en
News / “Komandanın hər bir üzvünə təşəkkür edirəm”

“Komandanın hər bir üzvünə təşəkkür edirəm”

U-23 Dərc olundu: 12.08.2022 Çap
V İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsində bu gün son oyununu keçirmiş Azərbaycan U-23 milli komandasının baş məşqçisi Samir Əliyev affa.az saytına açıqlama verib:
“Komandanın hər bir üzvünə təşəkkür edirəm”
“Turnirə gələndə heyətlə bağlı bir sıra çətinliklərlə üzləşdik, tam olaraq istədiyimiz heyəti gətirə bilmədik. Rəqiblərlə müqayisədə çox gənc heyətlə mübarizə aparırıq. Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi. Komandanın hər bir üzvünə həm ilk, həm də ikinci oyunda bütün bacarıqlarını nümayiş etdirdiklərinə görə təşəkkür edirəm. Hava şəraitinin isti olması, rəqiblə müqayisədə fiziki durumumuzun istənilən səviyyədə olmaması oyunumuza təsir göstərdi. Birinci hissədə əzmkarlıq nümayiş etdirdik. Rəqibin oyununu təhlil etmişdik. Bilirdik ki, oyunun gedişində müəyyən boşluqlar buraxacaqlar. Ehtimalımız özünü doğrultdu. Təəssüf ki, imkanlardan tam istifadə edə bilmədik. Epizodları dəyərləndirə bilsəydik, hesab fərqli olardı, yarımfinala heç-heçə ilə yox, qələbə qazanaraq vəsiqə qazanardıq. Əsas odur ki, mərhələni adlayıb yarımfinala vəsiqə qazandıq. Uşaqlar nümayiş etdirdiyi futbolla, əzmkarlıqla, əziyyətləri ilə buna layiq olduqlarını göstərdilər. Yarımfinalda rəqbimizin Türkiyə millisi olacağı ilə bağlı ehtimal böyükdür.  Növbəti oyunda indiyə qədər meydana çıxmayan futbolçulara da şans verməyi düşünürük”.
 
Baş Sponsor 
Partnyorlar