az en
News / Konfrans: Akkreditasiya üçün qeydiyyat

Konfrans: Akkreditasiya üçün qeydiyyat

AFFA Dərc olundu: 27.01.2022 Çap
Fevralın 2-də, “Baku Marriott Hotel Boulevard” oteldə keçiriləcək AFFA-nın növbəti Konfransında iştirak etmək istəyən KİV nümayəndələri akkreditasiya əldə etmələri üçün qeydiyyatdan keçməlidirlər.
Konfrans: Akkreditasiya üçün qeydiyyat
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
 
1. Qeydiyyatdan keçənin adı, soyadı, atasının adı
2. Təmsil etdiyi KİV
3. Vəzifəsi
4. 3x4 ölçüdə, elektron formatda şəkil
 
Yuxarıda qeyd olunanlar 28 yanvar saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.
Qeydiyyatdan keçmiş KİV nümayəndələrinə akkreditasiya vəsiqəsi fevralın 2-də, saat 09:00-dan 09:45-dək “Baku Marriott Hotel Boulevard” oteldə veriləcək.
 
Vacib qeydlər:
- COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına uyğun olaraq, mətbuat nümayəndələrinin konfrans zalına buraxılmasına say məhdudiyyəti tətbiq olunacaq.
- Hər KİV-dən yalnız 1 (bir) nəfər qeydiyyatdan keçə bilər.
- Say məhdudiyyəti nəzərə alınaraq, qeydiyyatdan daha erkən keçmiş KİV nümayəndələrinə üstünlük veriləcək.
- Qeydiyyatdan keçənlərin sayı tətbiq olunan limiti keçəcəyi təqdirdə, qeydiyyat daha tez yekunlaşdırıla bilər.
 
Baş Sponsor 
Partnyorlar