az en
News / Kristien Eriksenə Bakıdan sevgilərlə

Kristien Eriksenə Bakıdan sevgilərlə

Avro-2020 Dərc olundu: 15.06.2021 Çap
Avro-2020-nin Bakıda keçirilən oyunlarının Yerli Əməliyyat Qrupunun əməkdaşları və Avro-2020-nin könüllüləri bu gün Danimarka milli komandasının üzvü Kristien Eriksenə dəstək nümayiş etdiriblər.
 
Kristien Eriksenə Bakıdan sevgilərlə
Bakı Olimpiya Stadionunun qarşısında “STAY STRONG, ERİKSEN! From Baku with love” (Möhkəm ol, Eriksen! Bakıdan sevgilərlə) yazısı olan banner açılıb.
Xatırladaq ki, Avro-2020-nin B qrupu çərçivəsində iyunun 12-də keçirilən Danimarka – Finlandiya oyununun gedişində Kristien Eriksenin səhhətində ciddi problem yaranmış, futbolçu ilkin tibbi yardımdan sonra birbaşa xəstəxanaya təxliyyə olunmuşdu.
 
Baş Sponsor 
Partnyorlar