az en
News / Kütləvi Futbol Həftəsinə start verilib (fotoreportaj)

Kütləvi Futbol Həftəsinə start verilib (fotoreportaj)

AFFA Dərc olundu: 25.09.2022 Çap
UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində AFFA-nın təşkilatçılığı, UEFA, Milli Olimpiya Komitəsi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının dəstəyi ilə 24 sentyabr tarixində “ASCO Arena”da şəhid və qazi övladları üçün futbol festivalı keçirilib. 
 
Kütləvi Futbol Həftəsinə start verilib (fotoreportaj)
Festivalda 80-dən artıq uşaq iştirak edib, futbol oynayıb, əyləncəli vaxt keçirib. Turnirdə iştirak edən komandalar simvolik olaraq işğaldan azad edilmiş şəhər və rayonların adları ilə adlandırılıb. Festivalın sonunda iştirak edən hər bir uşağa, eləcə də, Vətən Müharibəsi qazilərinə AFFA və Milli Olimpiya Komitəsi tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində növbəti belə tədbirlər Naxçıvan Muxtar Respublikasında və Göyçay rayonunda keçiriləcək.
 
Baş Sponsor 
Partnyorlar