az en
News / Kütləvi Futbol Həftəsinə yekun vurulub (fotoreportaj)

Kütləvi Futbol Həftəsinə yekun vurulub (fotoreportaj)

Kütləvilik Dərc olundu: 06.10.2022 Çap
UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində AFFA-nın təşkilatçılığı, Göyçay rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə oktyabrın 5-də Göyçay şəhər stadionunda 11-14 yaşlı uşaqlar üçün əyləncəli futbol festivalı keçirilib.
 
Kütləvi Futbol Həftəsinə yekun vurulub (fotoreportaj)
Festivala 100-dən çox uşaq cəlb olunub. Festival zamanı futbol oynayan iştirakçılar, topla müxtəlif hərəkətlər icra edib, əyləncəli vaxt keçiriblər. Festivalın sonunda hər bir iştirakçıya AFFA və UEFA tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Hədiyyələri iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, Göyçay rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən İkram Vəliyev, Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov və digər rəsmi şəxslər birlikdə təqdim edib.
 
Baş Sponsor 
Partnyorlar