az en
News / Kütləvi futbol təlimatçıları üçün seminara yekun vurulub (fotoreportaj)

Kütləvi futbol təlimatçıları üçün seminara yekun vurulub (fotoreportaj)

Kütləvilik Dərc olundu: 09.08.2021 Çap
AFFA-nın təşkilatçılığı ilə 4-7 avqust tarixlərində ilk dəfə olaraq kütləvi futbol təlimatçıları (Grassroots coach educators) üçün təşkil olunan seminara yekun vurulub.
Kütləvi futbol təlimatçıları üçün seminara yekun vurulub (fotoreportaj)
Seminar ərzində iştirakçılara “Meydandakı praktiki örnəklərin nəzəri baxımdan dəyərləndirilməsi”, “Öyrənmə psixologiyasina dair müxtəlif nəzəriyyələrin müqayisəsi”, “UEFA-nın tövsiyə etdiyi konstruktiv öyrənmə təliminin üstünlükləri” və “Müasir təlimatçı bacarıqlarına yenidən baxış” mövzularında kurslar keçirilib. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
 
Baş Sponsor 
Partnyorlar