az en
News / “Əldə etdiyimiz fürsətləri realizə edə bilmədik”

“Əldə etdiyimiz fürsətləri realizə edə bilmədik”

U-17 Dərc olundu: 16.05.2022 Çap
UEFA İnkişaf turniri çərçivəsində bu gün Gürcüstanda keçirilmiş Gürcüstan - Azərbaycan oyunundan sonra U-17 milli komandasının baş məşqçisi Elxan Abdullayev səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
“Əldə etdiyimiz fürsətləri realizə edə bilmədik”
“Çox maraqlı oyun keçdi. İlk qarşılaşmada komandamızda görmədiyimiz müsbət cəhətləri, bu oyunda müşahidə etdik. Baxmayaraq ki, qalib gələ bilmədik, amma millimiz 90 dəqiqə rəqibi təzyiq altında saxladı. Əldə etdiyimiz fürsətləri realizə edə bilmədik. Ümumilikdə oyundan razı qaldım. Beynəlxalq təcrübə baxımından gənc futbolçular üçün belə turnirlərdə iştrak etmək çox faydalıdır. Məqsədimizə çatmaq üçün oyunumuzu daha da yaxşılaşdırmalıyıq və bu istiqamətdə inkişafımızı davam etdirməliyik. Komandamız yaxşıdır və mən uşaqlara inanıram”.
Baş Sponsor 
Partnyorlar