az en
News / Liqalara start verilir

Liqalara start verilir

Liqalar Dərc olundu: 15.10.2020 Çap
Oktyabrın 17-dən etibarən AFFA-nın təşkil etdiyi aşağı yaş qrupu üzrə liqaraların başlanılması planlaşdırılır. Həm cəbhə xəttində baş verən hadisələr, həm də karantin qaydaları ilə əlaqədar olaraq, liqaların keçirilmə günləri və yerlərində müvəqqəti dəyişikliklər edilib.
 
Liqalara start verilir
U-10, U-11, U-12, U-13, U-14 Liqaları
 
Bakı, Lənkəran zonası– Ölkəmizdə tətbiq olunan karantin qaydalarına uyğun olaraq, həftəsonu ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağa ilə əlaqədar, oyunlar həftə sonu deyil, həftəiçi təşkil olunacaq. Oyunlar Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki İdman Kompleksində təşkil olunacaq. İlk turun oyunları 19-20 oktyabr tarixlərində keçiriləcək. Oyunların keçirilmə günləri Operativ Qərargahın həftəsonu ictimai nəqliyyatın hərəkətinin qadağası qüvvədə olduğu müddətə aiddir. Operativ Qərargahın qərarında hər hansı dəyişiklik olacağı təqdirdə, oyunlar yenidən şənbə və bazar günlərinə keçiriləcək.
 
Sumqayıt, Siyəzən, Cəlilabad, Ağsu, Qəbələ, Zaqatala zonaları – Bu zonalarda oyunlar öncəki illərdə olduğu kimi, şənbə və bazar günləri təşkil olunacaq. İlk oyunlar 17-18 oktyabr tarixlərində keçiriləcək.
 
Tovuz, Göygöl, Mingəçevir və Beyləqan zonaları  – Ermənistan hərbi birləşmələrinin mülkü əhaləmizi atəşə tutması, həmçinin, cəbhədə olan gərginliklə əlaqədar olaraq, yuxarıda qeyd olunan zonaların aid olduğu şəhər və rayonlarda gərginlik aradan qalxana qədər oyunların təşkili dayandırılır.
 
U-15, U-16, U-17, Gənclər Liqası (U-19)
 
Bu liqalarda Operativ Qərargahın həftəsonu ictimai nəqliyyatın hərəkətinin qadağası qüvvədə olduğu müddətdə oyunlar həftənin cümə axşamı və cümə günləri təşkil olunacaq. Operativ Qərargahın qərarında hər hansı dəyişiklik olacağı təqdirdə, oyunlar yenidən şənbə və bazar günlərinə keçiriləcək. İlk turun oyunları oktyabrın 22-23-də təşkil olunacaq.
 
Baş Sponsor 
Partnyorlar