az en
News / Liqaların qaliblərinə mükafatlar təqdim olunub (fotoreportaj)

Liqaların qaliblərinə mükafatlar təqdim olunub (fotoreportaj)

Liqalar Dərc olundu: 03.06.2022 Çap
AFFA-nın təşkil etdiyi U-15 və U-16 Liqalarının qalibləri mükafatlandırılıb. Mükafatları Məşqçilər Komitəsinin üzvlər Ağasəlim Mircavadov, Şakir Qəribov  və ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov təqdim ediblər. 
 
Liqaların qaliblərinə mükafatlar təqdim olunub (fotoreportaj)
AFFA-nın inzibati binasında təşkil edilən mükafatlandırma mərasiminda əvvəlcə U-15 Liqasının qalibi “Sabah” komandasına kubok, medallar və diplomlar təqdim edilib. Mövsümü ikinci pillədə başa vuran “Sumqayıt” komandasının üzvlərinə diplom və medallar verilib. U-15 Liqasının bürünc mükafatçısı “Qəbələ” komandasına isə mükafatlar bu gün Qəbələ şəhər stadionunda təqdim ediləcək. Qeyd edək ki, AFFA U-15 Liqasının 2021/2022-cü illər mövsümünün ən məhsuldar oyunçusu 24 qolla “Qəbələ” komandasının üzvü Ömər Kərimov, ən yaxşı oyunçusu isə “Sabah” komandasının futbolçusu Babamirzə Mehdiyev olub.
 
Daha sonra AFFA U-16 Liqasını ilk üç pillədə başa vuran komandalara mükafatlar təqdim edilib. “Qarabağ” 3-cü, “Neftçi” 2-ci, U-16 Liqasının qalibi “Sabah” komandası çempion komanda kimi diplom və medallarala qalib komanda isə kubokla mükafatlandırılıb. Həmçinin 40 qolla “Neftçi” İK İB komandasının üzvü Fərid Şahhüseynli ən məhsuldar oyunçu, ROFM-in üzvü Əşrəf Ələkbərli AFFA U-16 Liqasının ən yaxşı oyunçusu adına layiq görülüb və xüsusi mükafatlar verilib.
 
Baş Sponsor 
Partnyorlar