az en
News / Lisenziya Komissiyasının iclası keçirilib

Lisenziya Komissiyasının iclası keçirilib

Lisenziya Dərc olundu: 15.05.2023 Çap
Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2023/2024-cü illər mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
 
Lisenziya Komissiyasının iclası keçirilib
AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2022) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
 
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Qarabağ" FK,  “Sabah” FK, "Neftçi" PFK, “Zirə” PFK, "Qəbələ" İK
 
2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
“Turan Tovuz” PFK İB, “Səbail” PFK
 
3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Turan Tovuz” PFK İB, “Səbail” PFK, “Sumqayıt” FK, “Kəpəz” PFK İB, “Şamaxı” FK İB, "Araz-Naxçıvan" PFK, “Zaqatala” PFK
 
4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
“İmişli” PFK, “Mingəçevir” FK, MOİK PFK, “Qaradağ Lökbatan” FK
 
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
 
Qeyd: 1. “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması və maliyyə dayanıqlığı üzrə qaydalar” (Buraxılış 2022), 14-cü maddəsinə müvafiq olaraq, 2023/2024-cü illər mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.
Baş Sponsor 
Partnyorlar