az en
News / Əliyar Ağayev yarımfinal oyununu idarə edəcək

Əliyar Ağayev yarımfinal oyununu idarə edəcək

Hakimlər Dərc olundu: 11.04.2023 Çap
FIFA referisi Əliyar Ağayev Yunanıstan kubokunun yarımfinal oyununa təyinat alıb.
Əliyar Ağayev yarımfinal oyununu idarə edəcək
Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Ə.Ağayev aprelin 12-də Yunanıstan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Olimpiakos” – AEK Athens qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. VAR hakimi isə Elçin Məsiyev olacaq.
 
Baş Sponsor 
Partnyorlar