az en
News / “İlk oyunlar həmişə çətin olur"

“İlk oyunlar həmişə çətin olur"

A milli (Qadınlar) Dərc olundu: 17.09.2021 Çap
Qadınlardan ibarət komandalar arasında Dünya çempionatının seçmə mərhələsində keçirilmiş Rusiya - Azərbaycan oyunu barədə milli komandamızın baş məşqçisi Siyasət Əsgərovun fikirlərini diqqətinizə çatdırırıq:
 
“İlk oyunlar həmişə çətin olur"
“İlk oyunlar həmişə çətin olur. Qarşılaşmanın qrupun lider komandasına qarşı olması məsuliyyətimizi daha da artırmışdı. Rusiyanın son bir neçə oyununu izləmişdik. Necə oynadıqlarını bilirdik. Daha çox bunun üzərində çalışmışdıq. Komanda olaraq oyun planında ilk hissədə düzgün oynadıq. Ancaq rəqib getdikcə təzyiqi artırdı. Təəssüf ki, ilk hissənin sonlarında buraxdığımız bir səhv qolla nəticələndi. Belə demək mümkünsə, Rusiya millisi hücumlarının kəsərini artırmaqla bizi səhv etməyə məcbur etdi. Fasilədən sonra oyunda dönüş yaratmaq istəyirdik. Rəqib isə daha çox təzyiq edərək oyunu meydanın bizə aid hissəsində keçirməyimizə səbəb olurdu. Rusiyalı futbolçular ikinci qolda qapıçımızın qarşısını kəsərək zərbə anını görməsinə mane oldular və istəklərinə çatdılar. Məğlub olsaq da, bu oyundan nəticə çıxarıb, buraxdığımız səhvləri Danimarka millisi ilə oyundadək aradan qaldırmağa çalışacağıq”.
 
Baş Sponsor 
Partnyorlar