az en
News / Lənkəranda "Qızlar Futzal Kuboku" keçirilib (fotolar)

Lənkəranda "Qızlar Futzal Kuboku" keçirilib (fotolar)

Turnir Dərc olundu: 25.02.2023 Çap
AFFA-nın təşkilatçılığı ilə 24-25 fevral tarixlərində Lənkəranda 14 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku” turniri keçirilib.
Lənkəranda "Qızlar Futzal Kuboku" keçirilib (fotolar)
Turnirin ilk günü qızlardan ibarət 12 komanda arasında qrup mərhələsi üzrə 12 oyun keçirilib. Növbəti gün isə pley-off mərhələsinin oyunlarına yekun vurulub. Lənkəran Olimpiya İdman Kompleksinin idman zalında təşkil edilən tunirdə 88 yeni qız futbolçu qeydiyyatdan keçib.
5 №li tam orta məktəb turnirin qalibi, II və III yeri isə müvafiq olaraq Şilavar kənd tam orta məktəbi və 10 №li tam orta məktəb tutub. 7 №li tam orta məktəbin şagirdi Gülay Babazadə 6 qolla turnirin ən məhsuldar oyunçusu olub. 5 №li tam orta məktəbin şagirdi Alina Cəfərli ən yaxşı oyunçu, Şilavar kənd tam orta məktəbin şagirdi Aysel Dadaşova isə turnirin ən yaxşı qapıçısı seçilib. İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, 17 yaşadək qızlardan ibarət milli komandanın baş məşqçisi Nərgiz Qurbanova və 15 yaşadək qızlardan ibarət millinin baş məşqçisi Xanlar Əliyev təqdim edib.
Qeyd edək ki, layihənin əsas məqsədi həm gələcəkdə qızlar futzal liqasını, həm də qadınlardan ibarət futzal üzrə milli komandanın yaradılmasıdır. Növbəti aylarda daha 4 regionda bu layihənin həyata keçirilməsi planlaşdırılır.
 
Baş Sponsor 
Partnyorlar