az en
News / Lənkəranda “Qızlar Futzal Kuboku” turniri keçiriləcək

Lənkəranda “Qızlar Futzal Kuboku” turniri keçiriləcək

Turnir Dərc olundu: 19.02.2019 Çap
Fevralın 21-də və 22-də Lənkəranda 13 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku”  turniri keçiriləcək.
 
Lənkəranda “Qızlar Futzal Kuboku” turniri keçiriləcək
Sütəmurdov kənd tam orta məktəbin idman zalında keçiriləcək yarışda rayonun 12 məktəbindən 120 şagird iştirak edəcək. Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 oyun keçiriləcək. Növbəti gün isə play-off mərhələsinin oyunları təşkil olunacaq. AFFA və UEFA tərəfindən iştirakçı komandalar idman geyimləri və ayaqqabılarla təmin olunacaqlar. Turnirdə ilk üç yeri tutan komandalara diplomlar və medallar, qalib komandaya isə kubok təqdim ediləcək.
Xatırladaq ki, AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar Futzal Kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir və Balakəndə təşkil olunub.
 
Baş Sponsor 
Partnyorlar