az en
News / Mahir Emrelinin növbəti testi neqativ olub

Mahir Emrelinin növbəti testi neqativ olub

AFFA Dərc olundu: 12.10.2021 Çap
Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oktyabrın 11-də verdiyi COVID-19 testi pozitiv nəticələnmişdi. Bununla bağlı UEFA-ya müvafiq məlumat verilmişdi. Oktyabrın 11-də M.Emrelidən götürülən ekspress-test neqativ olmuşdu. Bu gün – oktyabrın 12-də futbolçunun növbəti PCR testi də neqativ nəticələnib. Mahir Emrelinin son 24 saat ərzində verdiyi COVID-19 testlərinin fərqli nəticələri ilə bağlı UEFA-ya məlumat verilib.
 
Mahir Emrelinin növbəti testi neqativ olub
Baş Sponsor 
Partnyorlar