az en
News / Mentorlar və gənc hakimlər üçün seminar keçirilib (fotolar)

Mentorlar və gənc hakimlər üçün seminar keçirilib (fotolar)

Hakimlər Dərc olundu: 04.11.2022 Çap
AFFA-nın inzibati binasında mentorlar üçün seminar keçirilib.
Mentorlar və gənc hakimlər üçün seminar keçirilib (fotolar)
UEFA Mentoru, inspektoru və mütəxəssisi Jorn West Larsen Talant paneli çərçivəsində mütəxəssislərə seminar keçib, onların bilik və bacarıqlarını inkişaf etdirmək istiqamətində məlumatlandırıb. İki gün davam edən seminarda mentorluğun inspoktorluqdan fərqi izah edilib, hakimlərin inkişafı üçün onlara necə yanaşmalı olduqları vurğulanıb.
Türkiyəli mütəxəssis Burçin Kəskinin iştirakı ilə isə Milsi Premyer Liqasına, I Diviziona təyinat alan və inkişaf qrupunun hakimlərinə seminar keçirilib. Hər iki seminara AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək rəhbərlik edib.
 
Baş Sponsor 
Partnyorlar