az en
News / Mühafizə məsələləri üzrə seminar (fotolar)

Mühafizə məsələləri üzrə seminar (fotolar)

AFFA Dərc olundu: 06.03.2020 Çap
Bu gün Hilton oteldə “Futbol matçları zamanı Təhlükəsizlik və Mühafizə məsələləri”,  Azərbaycan Premyer Liqası və I Divizionda mübarizə aparan futbol klublarının daxilində təhlükəsizlik tədbirlərinin inkişafı və UEFA AVRO 2020-nin Bakı şəhərində təşkilinin təhlükəsizlik məsələlərinə dair UEFA rəhbərliyi altında seminar keçirilib.
 
Mühafizə məsələləri üzrə seminar (fotolar)
Həmçinin, Klubların Lisenziyalaşdırılması qaydalarının tələblərinə əsasən, klublarda ixtisaslı Təhlükəsizlik xidmətinin rəisi və Azarkeşlərlə əlaqələndirici şəxslər çalışmalıdır və bu seminar qeyd olunan əməkdaşların maarifləndirilməsinə də həsr olunub.
Seminarda beynəlxalq və daxili oyunlar zamanı stadionlarda təhlükəsizlik məsələlərinə cavabdeh olan aidiyyatı Dövlət Qurumlarının əməkdaşları, Bakı Olimpiya Stadionunun nümayəndələri, Premyer Liqa və I Divizion klublarının əməkdaşları, fan klub nümayəndələri, AFFA və PFL nümayəndələri, həmçinin AVRO-2020 Yerli Əməliyyat Qrupunun nümayəndələri iştirak ediblər.
UEFA-nın Təhlükəsizlik departamentinin əməkdaşları olan Thomas Stephen, Mark Timmer, Rostas Gergely və Frosdik Stefen oyun zamanı meydançaya basqın, qadağan edilmiş şüarların səsləndiriıməsi və bannerlərin yerləşdirilməsi, pirotexniki vasitələrdən istifadə və onun istifadəçiləri, Avropa futbolunda pirotexniki vasitələr problemi, pirotexniki vasitələrin növləri, sağlamlıq və təhlükəsizlik məsələləri, Azarkeşlərlə Əlaqələndirici Şəxslərin vəzifələri, fövqəladə hallar zamanı kütlənin idarə olunması, ekspertlərin hesabatları və s. mövzular üzrə müxtəlif təqdimatlarla çıxış ediblər.
 
 
Baş Sponsor 
Partnyorlar