az en
News / Müharibə və Əmək Əlilləri üçün Pansionat ziyarət olunub (fotoreportaj)

Müharibə və Əmək Əlilləri üçün Pansionat ziyarət olunub (fotoreportaj)

A Milli Dərc olundu: 24.03.2019 Çap
Bu gün AFFA-nın əməkdaşları, Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç,  millinin üzvləri Maksim Medvedev, Qara Qarayev, Emin Mahmudov, Ramil Şeydayev, Səlahət Ağayev, Bədavi Hüseynov və Mahir Mədətov Novruz bayramı münasibəti ilə Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatı ziyarət edib, AFFA-nın hədiyyələrini təqdim ediblər.
Pansionat sakinləri göstərilən diqqətə görə AFFA-ya və milli komandanın üzvlərinə minnətdarlıq edib, millimizə uğurlar arzulayıblar.
 
Müharibə və Əmək Əlilləri üçün Pansionat ziyarət olunub (fotoreportaj)
Baş Sponsor 
Partnyorlar