az en
News / Məhəllələrarsı futbol yarışı başa çatıb (fotolar)

Məhəllələrarsı futbol yarışı başa çatıb (fotolar)

Kütləvilik Dərc olundu: 01.09.2022 Çap
AFFA-nın və Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının təşəbbüsü ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində “məhəllələrarası futbol” layihəsi üzrə növbəti yarış keçirilib. 
Məhəllələrarsı futbol yarışı başa çatıb (fotolar)
2010-2011-ci il təvəllüdlü uşaqlar arasında təşkil olunan yarışda Binə qəsəbəsinin komandası I, Buzovna qəsəbəsinin komandası II, Şüvəlan qəsəbəsinin komandası isə III yeri tutub. Qalib komandalara Xəzər rayonundan seçilmiş millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, UGFF-nin baş katibi Asim Xudiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Cəlil Əlizadə və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev tərəfindən diplomlarla və medallarla təltif olunublar. “Məhəllələrarası futbol” pilot layihəsinin digər rayonlarda da həyata keçirilməsi nəzərdə tutulub. Layihənin həyata keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında futbol idman növünə olan marağı artırmaq, gələcəkdə peşəkar futbolçu olmalarına zəmin yaratmaqdır.
 
Baş Sponsor 
Partnyorlar