az en
News / İmişlidə futbol festivalı keçiriləcək

İmişlidə futbol festivalı keçiriləcək

Kütləvilik Dərc olundu: 25.06.2021 Çap
İyunun 30-da İmişli şəhərində yerləşən Olimpiya İdman Kompleksində Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi və AFFA-nın dəstəyi ilə futbol festifalı keçiriləcəkdir. "Kiçik çempionlar" adlı ustad dərsləri festivalında 11-14 yaş arası uşaqlar iştirak edəcək. Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd rayonlarda futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.
 
İmişlidə futbol festivalı keçiriləcək
Baş Sponsor 
Partnyorlar