az en
News / İmişlidə futbol festivalı keçirilib (fotoreportaj)

İmişlidə futbol festivalı keçirilib (fotoreportaj)

Kütləvilik Dərc olundu: 30.06.2021 Çap
AFFA və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə İmişli Olimpiya İdman Kompleksində 11-14 yaş arası 50-dən çox uşaq üçün ustad dərsləri təşkil olunub. RİİB-in “Kiçik çempionlar” adlı idman layihəsi çərçivəsində həyata keçirilən tədbirdə uşaqlar müəyyən kriteriyalar üzrə futbol təmrinləri yerinə yetirib, Azərbaycan milli komandasının üzvü Bəhlul Mustafazadə ilə birlikdə futbol oynayıb, müəyyən fəndlər yerinə yetiriblər. 
Fərqlənən iştirakçılara AFFA tərəfindən hədiyyələr, ümumilikdə isə bütün iştirakçılara RİİB tərəfindən sertifikat və medallar təqdim olunub.
 
İmişlidə futbol festivalı keçirilib (fotoreportaj)
Baş Sponsor 
Partnyorlar