az en
News / Millimiz Almaniya yığmasını məğlub edib

Millimiz Almaniya yığmasını məğlub edib

Çimərlik futbolu Dərc olundu: 02.07.2022 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) növbəti oyununu keçirib. Portuqaliyanın Nazare şəhərində Almaniya yığması ilə qarşılaşan millimiz 6:5 hesablı qələbə qazanıb. Hüseyn Axundovun dubl etdiyi oyunda millimzin digər qollarını Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov və Elçin Qasımov vurub. Komandamız seçmə mərhələdə növbəti oyununu sabah İspaniya millisinə qarşı keçirəcək.
 
Millimiz Almaniya yığmasını məğlub edib
Baş Sponsor 
Partnyorlar