az en
News / Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

U-18 Dərc olundu: 21.01.2022 Çap
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək. Millimiz fevralın 6-də Qırğızıstan, 7-də Belarus, 9-da Qazaxıstan, 10-da isə Tacikistan komandası ilə qarşılaşacaq. Qrup oyunlarından sonra millimiz digər qrupda müvafiq mövqedə yer alan komanda ilə üz-üzə gələcək.
 
Millimiz beynəlxalq turnirdə iştirak edəcək
Baş Sponsor 
Partnyorlar