az en
News / Millimiz final mərhələsində!

Millimiz final mərhələsində!

A milli (Futzal) Dərc olundu: 10.03.2021 Çap
Millimiz final mərhələsində!
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində Kişinyovda, Çioresku İdman zalında Moldova yığması ilə qarşılaşmadan 5:3 hesabı ilə qalib ayrılan Azərbaycan milli komandası ardıcıl 4-cü qələbəsini qazanıb və bununla, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Aktivində 12 xal olan komandamız 3-cü qrupun lideridir. Komandamızdan başqa, Xorvatiya, İtaliya, Rusiya və İspaniya da final mərhələsinə vəsiqəni təmin edib.
 
 
Baş Sponsor 
Partnyorlar