Qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Futbolçularımız Kişinyov şəhərindəki “Zimbru” stadionunda Moldova yığması ilə qarşılaşıb. Oyun meydan sahibi komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Alina Dorofeyeva fərqlənib.