az en
News / Millimiz (Qadınlar) Xorvatiya yığması ilə qarşılaşıb

Millimiz (Qadınlar) Xorvatiya yığması ilə qarşılaşıb

A milli (Qadınlar) Dərc olundu: 13.11.2022 Çap
Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib. “Dalğa Arena”da keçirilmiş Azərbaycan - Xorvatiya oyunu 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Millimizin qolunu qarşılaşmanın 31-ci dəqiqəsində Nazlıcan Parlak vurub. Bu komandalar arasında noyabrın 10-da keçirilmiş ilk oyun 0:0 hesabı ilə nəticələnmişdi.
 
Millimiz (Qadınlar) Xorvatiya yığması ilə qarşılaşıb
Baş Sponsor 
Partnyorlar