az en
News / Millimiz qələbə qazanıb (fotolar)

Millimiz qələbə qazanıb (fotolar)

Çimərlik futbolu Dərc olundu: 19.05.2022 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Litva millisi ilə bu gün yoldaşlıq oyunu keçirib. 
Millimiz qələbə qazanıb (fotolar)
Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində Ramil Əliyev fərqlənib. Qarşılıqlı razılıq əsasında əlavə iki hissə oynanılıb və burada da hesab dəyişməyib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən millimiz 5:4 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Litva millisi Bakı toplanışı çərçivəsində millimizə qarşı mayın 20-də, və 21-də daha iki oyun keçirəcək.
Baş Sponsor 
Partnyorlar