az en
News / Millimiz qələbə qazanıb

Millimiz qələbə qazanıb

Çimərlik futbolu Dərc olundu: 08.05.2022 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Küveyt yığması ilə növbəti yoldaşlıq oyununu keçirib. Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 6:2 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Millimizin heyətində Orxan Məmmədov (2), Amid Nəzərov (2), Fuad Hüseynov və Ruslan Voronsov fərqlənib. Bu komandalar arasında sonuncu oyun mayın 11-də olacaq.
Millimiz qələbə qazanıb
Baş Sponsor 
Partnyorlar