az en
News / Millimiz son oyunda qələbə qazanıb

Millimiz son oyunda qələbə qazanıb

Çimərlik futbolu Dərc olundu: 21.05.2022 Çap
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Litva milli komandası hazırlıq çərçivəsində bu gün millimizlə sonuncu yoldaşlıq oyununu keçirib. Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 2:2 hesabı ilə başa çatıb. Millimizin heyətində Ramil Əliyev və Amid Nəzirov fərqlənib. Qarşılıqlı razılıq əsasında əlavə iki hissə oynanılıb və burada da hesab dəyişməyib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən millimiz yekunda 5:3 hesablı qələbə qazanıb.
Millimiz son oyunda qələbə qazanıb
Baş Sponsor 
Partnyorlar