az en
News / Millimiz Superfinala vəsiqə qazanıb

Millimiz Superfinala vəsiqə qazanıb

Çimərlik futbolu Dərc olundu: 03.07.2022 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) çıxışını başa vurub. Seçmə mərhələnin son oyununda İspaniya millisi ilə qarşılaşan komandamız 4:6 hesabı ilə məğlub olsa da, Superfinala vəsiqə qazanıb. Millimizin heyətində Orxan Məmmədov, Sabir Allahquliyev, Emin Mehdiyev və Comərd Baxşəliyev fərqlənib. Qeyd edək ki, Superfinal 6-11 sentyabr tarixlərində İtaliyanın Alghero şəhərində keçiriləcək.
 
Millimiz Superfinala vəsiqə qazanıb
Baş Sponsor 
Partnyorlar