az en
News / Millimiz İtaliya yığması ilə qarşılaşıb

Millimiz İtaliya yığması ilə qarşılaşıb

Çimərlik futbolu Dərc olundu: 01.07.2022 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) ilk oyununu keçirib. Portuqaliyanın Nazare şəhərində İtaliya yığması ilə qarşılaşan millimiz 3:7 hesabı ilə məğlub olub. Komandamızın qollarını Kamil Hüseynov, Orxan Məmmədov və Emin Mehdiyev vurub. Millimiz seçmə mərhələdə növbəti oyununu sabah Almaniya komandasına qarşı keçirəcək.
 
Millimiz İtaliya yığması ilə qarşılaşıb
Baş Sponsor 
Partnyorlar