az en
News / Millimiz Türkiyə yığması ilə qarşılaşacaq

Millimiz Türkiyə yığması ilə qarşılaşacaq

Çimərlik futbolu Dərc olundu: 31.05.2023 Çap
İyunun 1-dən 20-dək Bakıda çimərlik futbolu üzrə Azərbaycan milli komandasının toplanışı olacaq. 
Millimiz Türkiyə yığması ilə qarşılaşacaq
Millimiz hazırlıq çərçivəsində iyunun 1-də və 3-də Türkiyə yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki qarşılaşma Su İdman Sarayının çimərlik meydançasında keçiriləçək. Oyunlar saat 17:30-da başlayacaq. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını nəzərinizə çatdırırıq:
 
Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov
 
Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Orxan Məmmədov
Fuad Hüseynov
Bayram Paşazadə
İsa Zeynallı
Sabir Allahquliyev
Ramil Əliyev
Tural Qurbatov
Emil Həsənzadə
Kamran Qürbətov
Baş Sponsor 
Partnyorlar