az en
News / Millimiz xatirə turnirində iştirak edəcək

Millimiz xatirə turnirində iştirak edəcək

U-21 Dərc olundu: 06.05.2021 Çap
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Ukrayna Futbol Federasiyasının dəvəti ilə mayın 25-dən 29-dək Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.
 
Millimiz xatirə turnirində iştirak edəcək
Millimiz ilk oyunda mayın 26-da Ukrayna yığması ilə qarşılaşacaq. U-21 ilk oyunun nəticəsindən asılı olaraq, mayın 28-də Tunis və ya Özbəkistan yığmalarından biri ilə üz-üzə gələcək.
Millimiz turnirə hazırlıq məqsədi ilə mayın 19-dan 24-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Toplanış və turnir üçün heyətə dəvət olunacaq futbolçuların siyahısı saytımızda yerləşdiriləcək.
 
Baş Sponsor 
Partnyorlar