az en
News / Millimiz yarımfinal mərhələsinə vəsiqə qazanıb

Millimiz yarımfinal mərhələsinə vəsiqə qazanıb

U-23 Dərc olundu: 12.08.2022 Çap
Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsində 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün son oyununu keçirib.
 
Millimiz yarımfinal mərhələsinə vəsiqə qazanıb
Komandamızın rəqibi Mərakeş yığması olub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.  Millimizin heyətində 5-ci dəqiqədə İsmayıl İbrahimli və 49-cu dəqiqədə penaltidən Rüfət Abdullazadə fərqlənib. Bu nəticədən sonra millimiz qrupda ikinci yeri tutaraq yarımfinal mərhələsinə vəsiqə qazanıb. Yarımfinal oyunu avqustun 14-də, Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək. Komandamızın rəqibi A qrupunda 3-cü turun qarşılaşmaları başa çatdıqdan sonra müəyyənləşəcək.
 
 
Baş Sponsor 
Partnyorlar