Futzal üzrə Azərbaycan milli komandasının fevralın 4-də Yunanıstan yığması ilə Bakıda keçirəcəyi AVRO-2026-nın əsas mərhələ oyununun hakim təyinatları açıqlanıb.
5-ci qrupun III turu çərçivəsində Bakı İdman Sarayında təşkil olunacaq görüşü Norveç və Almaniyadan olan hakimlər briqadası idarə edəcək:
4 fevral
Azərbaycan - Yunanıstan
Bakı İdman Sarayı. Saat 20:00
Hakimlər: Telmen Undrakh, Dag Erik Tangvik (hər ikisi Norveç), Jacob Pawlowski (Almaniya)
Hakim-inspektor: Sreten Vasić (Serbiya)
UEFA nümayəndəsi: Vladimir Colbasiuc (Moldova)