az en
News / Millimizin oyunlarının tarixi müəyyənləşib

Millimizin oyunlarının tarixi müəyyənləşib

U-19 (qızlar) Dərc olundu: 14.12.2021 Çap
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının ikinci seçmə mərhələsində keçirəcəyi oyunların tarixi müəyyənləşib.
 
Millimizin oyunlarının tarixi müəyyənləşib
B liqasından A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq millimiz 1-ci qrupda Şimali İrlandiya, Farer adalar və Malta komandaları ilə qarşılaşacaq. Bu qrupun oyunları gələn ilin aprel ayında Şimali İrlandiyada təşkil olunacaq. Millimiz aprelin 6-da Farer adalar, 9-da Malta, 12-də isə Şimali İrlandiya komandası ilə üz-üzə gələcək.
 
Baş Sponsor 
Partnyorlar