az en
News / Millimizin oyunlarının tarixi və başlama saatları məlum olub

Millimizin oyunlarının tarixi və başlama saatları məlum olub

Çimərlik futbolu Dərc olundu: 11.08.2022 Çap
Çimərlik Futbolu üzrə Azərbaycan milli komandasının “Anoc World Beach Games”in Avropa zonası üzrə seçmə mərhələsində keçirəcəyi oyunların tarixi və başlama saatları məlum olub. 27 avqust 5 sentyabr tarixlərində İtaliyanın Katanya şəhərində keçiriləcək oyunlarda millimiz C qrupunda Ukrayna və İsveçrə komandaları ilə mübarizə aparacaq. Millimiz avqustun 29-da İsveçrə, 30-da isə Ukrayna komandası ilə qarşılaşacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
 
Millimizin oyunlarının tarixi və başlama saatları məlum olub
Baş Sponsor 
Partnyorlar