az en
News / Millimizin oyunlarının təqvimi müəyyənləşib

Millimizin oyunlarının təqvimi müəyyənləşib

U-19 (qızlar) Dərc olundu: 25.09.2022 Çap
19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının təqvimi müəyyənləşib. Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz B Liqasının 1-ci qrupda Xorvatiya, Monteneqro və Kipr komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları Xorvatiyada keçiriləcək. Oyunların təqvimini diqqətinizə çatdırırıq:
 
Millimizin oyunlarının təqvimi müəyyənləşib
Monteneqro – Azərbaycan
4 oktyabr. Poreç. Veli Joze stadionu. Saat 17:30
 
Azərbaycan – Kipr
7 oktyabr. Poreç. Veli Joze stadionu. Saat 17:30
 
Azərbaycan – Xorvatiya
10 oktyabr. Pula. Aldo Drosina stadionu. Saat 13:00

 
Baş Sponsor 
Partnyorlar