az en
News / Millimizin rəqibləri məlum olub

Millimizin rəqibləri məlum olub

Çimərlik futbolu Dərc olundu: 08.08.2022 Çap
Çimərlik Futbolu üzrə Azərbaycan milli komandasının “Anoc World Beach Games”in Avropa zonası üzrə seçmə mərhələsində qarşılaşacağı rəqiblər məlum olub. 27 avqust 5 sentyabr tarixlərində İtaliyanın Katanya şəhərində keçiriləcək oyunlarda millimiz C qrupunda Ukrayna və İsveçrə komandaları ilə mübarizə aparacaq. Oyunların dəqiq tarixləri barədə saytımızda əlavə məlumat veriləcək.
 
Millimizin rəqibləri məlum olub
Baş Sponsor 
Partnyorlar