Bu gün milli komandalar arasında DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.
İsveçrənin Sürix şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Komandamız UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa – Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya ilə D qrupunda mübarizə aparacaq.
Bu qrupda mübarizəyə 2025-ci ilin sentyabrında start veriləcək.