az en
News / Millimizin seçmə mərhələlər üçün heyəti

Millimizin seçmə mərhələlər üçün heyəti

Çimərlik futbolu Dərc olundu: 09.06.2021 Çap
Xəbər verdiyimiz kimi, çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində EBSL-2021 Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Millimizin seçmə mərhələdə iyunun 17-də Portuqaliya, ertəsi gün Ukrayna, iyunun 19-da isə Almaniya komandası ilə üz-üzə gələcək. Qeyd edək ki, millimiz AÇ-nin seçmə oyunlarından sonra 21-27 iyun tarixlərində Dünya çempionatının seçmə mərhələsində iştirak edəcək və püşkə əsasən İsveçrə və Fransa milli komandaları ilə qarşılaşacaq. Komandamızın seçmə mərhələlər üçün heyətini diqqətinizə çatdırırıq:
 
Millimizin seçmə mərhələlər üçün heyəti
1. Elçin Qasımov
2. Vaqif Şirinbəyov
3. Elşad Manafov
4. Renat Sultanov
5. Orxan Məmmədov
6. Əbdül Əliyev
7. Comərd Baxşəliyev
8. Amid Nəzərov
9. İlkin Haciyev
10. Asif Zeynalov
11. Ramil Əliyev
12. Sabir Allahquliyev
 
Baş Sponsor 
Partnyorlar