az en
News / Millətlər Liqasının formatı ilə bağlı yeni qərar

Millətlər Liqasının formatı ilə bağlı yeni qərar

UEFA Dərc olundu: 25.09.2019 Çap
UEFA-nın İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında UEFA Millətlər Liqası turnirinin formatı ilə əlaqədar qərar qəbul olunub.
 
Millətlər Liqasının formatı ilə bağlı yeni qərar
İkinci dəfə keçiriləcək yarış yenə 4 divizionda təşkil olunacaq. 2020-21-ci il mövsümündən etibarən ilk üç – A, B, C divizionun hərəsində 16 komanda mübarizə aparacaq. Komandalar hərəsində 4 yığma olmaqla 4 qrupa bölünəcək. D liqasında isə ən zəif 7 komanda çıxış edəcək. Bu divizionda qrupların birində 4, digərində 3 komanda olacaq. Bu dəyişiklikliyə uyğun olaraq, Azərbaycan milli komandası C liqasında çıxış edəcək.
UEFA Millətlər Liqasının 2020-2021-ci il mövsümünün təqvimini də açıqlanıb.
Püşkatma mərasimi  2020-ci il martın 3-də Hollandiyanın paytaxtı Amsterdam şəhərində təşkil olunacaq yarışın reqlamentinə görə, A liqasının qrup qalibləri final mərhələsində mübarizə aparacaq, sonuncuları isə B liqasına düşəcək. B liqasında da 1-ci yer sahibləri A liqasına yüksələcəksə, sonuncu 4 komanda C liqasına yuvarlanacaq. Azərbaycan millisinin də çıxış edəcəyi C liqasında qrup birinciləri B liqasına yüksəlmək hüququ qazanacaq. Sonuncu yer tutan 4 yığma pley-off-da D liqasına düşən 2 uğursuzu müəyyənləşdirəcək. Bu iki komandanı D liqasında qrup qalibi olanlar əvəzləyəcək. Bu dəfə DÇ-2022-yə vəsiqələr oynanılmayacaq.
 
Liqaların tərkibini və oyunların təqvimini nəzərinizə çatdırırıq:
 
A liqası: Portuqaliya (son qalib), Hollandiya, İngiltərə, İsveçrə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Xorvatiya, Polşa, Almaniya, İslandiya
 
B liqası: Rusiya, Avstriya, Uels, Çexiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya
 
C liqası: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, Azərbaycan, Moldova, Qazaxıstan
 
D liqası: Cəbəllütarıq, Farer adaları, Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino
 
 
I tur, 3-5 sentyabr
II tur, 6-8 sentyabr
III tur, 8-10 oktyabr
IV tur, 11-13 oktyabr
V tur, 12-14 noyabr
VI tur, 15-17 noyabr

2021-ci il
Final mərhələsi
2-6 iyun
 
Baş Sponsor 
Partnyorlar